“AzerGold”un nümayəndələri Qurban bayramı münasibətilə Daşkəsəndə şəhid ailələrini ziyarət ediblər
Sosial həyat

“AzerGold”un nümayəndələri Qurban bayramı münasibətilə Daşkəsəndə şəhid ailələrini ziyarət ediblər

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndələri Qurban bayramı münasibətilə Daşkəsən rayonunda qeydiyyatda olan şəhid ailələrini ziyarət ediblər.

Qurban bayramı ərəfəsində təşkil edilən ziyarət zamanı şəhid ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim olunub, şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Xatırladaq ki, “AzerGold” QSC ölkəmizin aparıcı dağ-mədən şirkəti olaraq aktiv hasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgənin iqtisadi inkişafına töhfələr verməklə yanaşı, həmin regionda yaşayan əhalinin rifahının yaxşılaşdırılması istiqamətində sosial tədbirlər, müxtəlif xeyriyyə aksiyaları icra edir. Daşkəsən rayonu, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin yaxınlığında yerləşən kəndlərin sakinləri QSC tərəfindən mütəmadi olaraq təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və digər istiqamətləri üzrə həyata keçirilən layihələrdən faydalanırlar.