Baş nazir Əli Əsədov Belarus Baş nazirinin müavini ilə görüşüb
Siyasət

Baş nazir Əli Əsədov Belarus Baş nazirinin müavini ilə görüşüb

Mayın 15- Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Belarus arasında iqtisadi-ticari əməkdaşlığın, investisiya fəaliyyətinin sənaye kooperasiyasının aktual məsələləri nəzərdən keçirilib. Azərbaycan Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın bu gün Bakıda keçirilən növbəti iclasının əhəmiyyəti qeyd olunub.

Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.