Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar barədə söhbət açılıb.
Görüş zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında həyata keçirilən uğurlu əməkdaşlıq yüksək qiymətləndirilib, əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
AZƏRTAC