Baş Qərargah rəisi Pakistanın Qlobal Sənaye və Müdafiə Həlləri (GIDS) təşkilatının qərargahını ziyarət edib
Digər xəbərlər

Baş Qərargah rəisi Pakistanın Qlobal Sənaye və Müdafiə Həlləri (GIDS) təşkilatının qərargahını ziyarət edib

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin müdafiə sənayesi sahəsində ixtisaslaşan hərbi təyinatlı məhsulların ən iri istehsalçılarından olan Qlobal Sənaye Müdafiə Həlləri (GIDS) təşkilatının qərargahında olub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinə GIDS-nin təyinatı fəaliyyət sahələri haqqında ətraflı brifinqlər təqdim olunub.

Bildirilib ki, müəssisə yerüstü, dənizdə havada, o cümlədən hava hücumundan müdafiə inteqrasiya olunmuş sistemlərdə, həmçinin nüvə, bioloji (bakterioloji) kimyəvi müdafiədə istifadə olunan hərbi təyinatlı məhsullar istehsal edir.

Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadovun da iştirak etdiyi görüşdə maraq doğuran məsələlər ətraflı müzakirə edilib.