Beyləqan Rayon İcra Hakimiyyəti və Könüllü Yardım Fondunun birgə təşkilatçılığı ilə Beyləqan rayon Mədəniyyət Mərkəzində qazi övladları üçün tədbir keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı aparatının, Vətən Müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, “Könüllü Yardım fondun”dan Gül Eyni xanım və Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı tədbirdə çıxış edərək şəhid və qazilərimizin qürurumuz olduğunu, övladlarının daim diqqət mərkəzində saxlanılacağını və onların inkişafı üçün davamlı işlər görüləcəyini qeyd etdilər. Azərbaycan Ordusunun qazandığı misilsiz qələbədən söz açaraq, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdikləri yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
“Gənclik” xalq teatrının səhnələşdirdiyi “Ağıllı Fatma” tamaşası tədbir iştirakçıları və qazi övladları tərəfindən maraqla qarşılandı. Həmçinin tədbirdə musiqi dəqiqələri oldu və əyləncəli nömrələr göstərildi.
Tədbirin sonunda 48 qazi övladlarına məktəbli çantası ve dərs ləvazimatları hədiyyə olundu, xatirə şəkli çəkildi.
Ərəstun ABDULOV,
“Respublika”.