Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
Mədəniyyət

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü

18 aprel

Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr Tarixi Yerlər Günü kimi qeyd olunur. Sözügedən gün 1983- ildə Tarixi Yerlər Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə təsis olunmuşdur. Belə bir əlamətdar günün təsis olunmasında  əsas məqsəd abidələrin tarixi yerlərin qorunması ilə bağlı işlərə insanları cəlb etməkdir. Azərbaycan coğrafi baxımdan bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazidə yerləşir.

Günümüzə qədər gəlib çatan qədimliyini qoruyan tarixi abidələr qiymətli nümunələr kimi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, tarixi abidələrin  mühafizəsi prioritet məsələlərdəndir.

Respublikamızın hər qarışında əsrlərlə yaşa malik olan müxtəlif minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Bunlardan biri ən qədim insanların yaşayış məskəni olan Azıx mağarasıdır. Mağara Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında, Quruçay çayının müasir yatağından 100-120 metr yuxarıda yerləşir. Burada tapılmış azıxantrop adlandırılan qədim insanın alt çənə sümüyü ölkəmizin dünyada ən qədim ibtidai insan məskənlərindən biri olduğunu sübut edir. Həmçinin, Azıx paleolit düşərgəsinin V təbəqəsindən tapılmış bu insan çənəsi 350-400 min il bundan əvvəl bu ərazidə yaşamış 18-22 yaşlı qadına aiddir.

Qobustanda aşkar edilmiş yaşayış məskənləri, eləcə qayaüstü rəsmlər ərazidə ən qədim dövrlərdən bəri insanların yaşadığından xəbər verir. Buradakı qalıqlar mezolit dövrünün yadigarıdır. Qayaüstü rəsmlərdə bir-birini təkrar edən etməyən beş mindən artıq insan, heyvan şəkilləri, həyati macəralar, ov rəqs səhnələri əsrarəngiz şəkildə təsvir olunmuşdur. Hətta daha dərin düşünsək, sözügedən təsvirlərin qədim rəssamlıq məktəbinin yaradıcılıq nümunəsi olduğunu da görmək mümkündür. Buradakı rəsmlərin xeyli hissəsi qayalarda çəkilmişdir. Qayaüstü təsvirlərdə ən diqqətçəkən məqamlardan biri rəsmlərin ilk vaxtlarda təbii böyüklükdə çəkilən heyvan insan rəsmləri ilə başlaması, daha sonra kiçilməsidir. Elə təsvirlər var ki, burada əks olunan heyvanların ölçüləri insanların ölçülərinə uyğunlaşdırılmışdır.

Manna, Atropatena kimi qədim dövlətlərin Azərbaycan ərazisində mövcudluğu zamanı müxtəlif şəhərlər salınmış, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilmişdir. Hələ Qafqaz Albaniyası dövründə şəhərsalma sahəsində böyük irəliləyişlər əldə olunmuşdur. Qəbələ şəhərini əhatə edən möhkəm qala divarları, saxsı borularla çəkilmiş su kəməri, Dəmirqapı keçidində daşdan tikilmiş müdafiə sistemi, Çıraqqala, Ləkit kəndindəki dairəvi xristian məbədi digər yerlər şəhərsalma mədəniyyətinin yüksək inkişafının göstəricisidir. Orta əsrlər dövrünə aid Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri s. nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindən hesab edilir.

Əsrlərdir ki, ölkəmizə qarşı düşmənçilik siyasəti yeridən Ermənistan mədəni irsimizin məhvinə yönəlmiş vandallıqlar törətmişdir. Üzdəniraq ermənilərin bu yola əl atmaqda əsas məqsədləri minilliklər ərzində yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm mənəvi yaddaşımızı silmək olmuşdur. Şübhəsiz, xain Ermənistanın çirkin əməlləri sadəcə bunlarla yekunlaşmır. Belə ki, milli mənsubiyyətimiziqədim tariximizi, milli, dini ənənələrimizi özündə ehtiva edən elə abidələr var ki, tamamilə uçurulmuşdur. Hətta həmin abidələrin erməniləşdirilməsiadlarının dəyişdirilməsi istiqamətində müəyyən cəhdlər edilmişdir. Düşmənin bu çirkin əməlləri ümumilikdə bəşər mədəniyyətinə qarşı təcavüzdürAzərbaycanın İkinci Qarabağ savaşında qazandığı şanlı Zəfər düşmənə layiqli dərs oldu. İşğal dövründə xainlər tərəfindən dağıdılmış tarixi-mədəni abidələrimiz Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə bərpa edilirŞuşadakı kilsənin təmiri bunun göstəricisidir. Tarixi abidələrimizin qorunması gələcək nəsillərə çatdırılması sahəsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü böyük işlər təqdirəlayiqdir.

Nəzrin ELDARQIZI,

"Respublika".