Beynəlxalq simpoziuma hazırlıqla bağlı müzakirələr aparılıb
Elm və təhsil

Beynəlxalq simpoziuma hazırlıqla bağlı müzakirələr aparılıb

Avqustun 24-də Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun direktoru vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova Türkiyənin Ərzurum Texniki Universitetinin rektoru professor Bülent Çakmakla onlayn görüş keçirib.

Bu barədə “Respublika”ya institutdan xəbər verilib. Görüş zamanı sentyabrın 6-8-də Dendrologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Avrasiyada Biomüxtəliflik - SEAB 2023” VI beynəlxalq simpoziumun keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Simpozium Avropa və Asiya qitələrinin əsas bitki örtüyü və heyvanlar aləmi olmaqla, “Ətraf mühitin çirkləndiricilərinin iqlim dəyişkənliyinə təsiri”, “İqlim dəyişkənliyinin növlərin yayılması, arealı və miqdarına təsiri”, “Bitkilərin in vitro, in situ, ex situ şəraitində biomüxtəlifliyinin öyrənilməsi və biomüxtəlifliyin saxlanılmasının normativ-hüquqi bazası”, “Təbii və antropogen amillərin biomüxtəlifliyə təsiri”, “Biomüxtəlifliyin saxlanılma problemləri” və s. bölmələri əhatə edir