Brüssel görüşü Azərbaycanın siyasi iradəsini əks etdirdi
Digər xəbərlər

Brüssel görüşü Azərbaycanın siyasi iradəsini əks etdirdi

Mayın 14- Brüsseldə keçirilən üçtərəfli görüşün Azərbaycanın tam diplomatik qələbəsi ilə başa çatdığını deyə bilərik. Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bildirmişdi ki, Brüssel formatından imtina edir. Amma onun bu cəhdi uğursuzluqla nəticələndi qalib tərəfin diktəsi ilə öz mövqeyindən geri çəkilərək Brüsselə getməyə məcbur oldu.

Həmçinin Ermənistan keçiriləcək növbəti görüşdə Fransanın da iştirakını israrla tələb edirdi. Son görüş təsdiq etdi ki, Azərbaycan pozucu mövqe tutan, sülhə gedən yolu əngəlləməyə çalışan Fransanı masa arxasına buraxmadı, rəsmi Paris prosesi elə öz ölkəsindən izləməli oldu niyyəti gözündə qaldı. Təbii ki, Fransanın məqsədi bəllidir, sərgilədiyi yanaşmaları ilə münasibətləri gərginləşdirməyə çalışır. Elə hesab edir ki, dünyada güc sahibidir, Cənubi Qafqazda gedən proseslərə təsir imkanlarına malikdir. Amma unudur ki, Azərbaycan regionun lideridir, qalib ölkədir aparılan danışıqlarda əsas söz sahibidir. Həmçinin Emmanuel Makronun əhəmiyyətsiz daxili xarici siyasəti, o cümlədən öz ölkəsində həyata keçirdiyi islahatların, xalqın maraqlarına cavab verməməsi etirazlara səbəb olması Fransanın həm Avropa İttifaqı daxilində, həm dünyada nüfuzunun demək olar ki, tamamilə itirilməsinə gətirib çıxarıb. Belə məqamda Fransanın bu görüşdə tərəf kimi çıxış etməyə heç bir haqqı yox idi Azərbaycan da buna birmənalı şəkildə imkan vermədi.

Brüssel görüşünün nəticələrinə dair Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin açıqlamasında yer alan məqamlar Azərbaycanın maraqlarına tam cavab verir ölkəmizin danışıqlar masasında növbəti diplomatik uğurudur. Delimitasiya üzrə görüşlərin davam etdirilməsində razılıq əldə olunub, həmçinin Alma-Ata Bəyannaməsinə Ermənistanın 29,800 kvadratkilometr Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına sadiqlik nümayiş etdirilib. Bu, bir daha onu göstərir ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Eləcə kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası, azaraq Ermənistan tərəfə keçən azərbaycanlı əsgərlərin təhvil verilməsi, itkin düşmüş şəxslərin taleyi, minaların təmizlənməsi digər məsələlərin müzakirəyə çıxarılması Azərbaycanın dəyişməz mövqeyini, dövlətimizin başçısı cənab İlham Əliyevin diplomatik bacarığını siyasi iradəsini göstərir. Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycanın bütün səyləri sülhə hesablanıb bu, ən optimal çıxış yoludur. Artıq mənasız xəyallardan əl çəkməyin vaxtıdır, yeni reallıqları qəbul etmək lazımdır.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.