Bu gün III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir 
Elm və təhsil

Bu gün III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir 

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir. 

“Respublika” xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Cəlilabad, Lənkəran və Xaçmazda təşkil olunub və saat 10:00-da başlayıb.

Saat 09:45-də buraxılış rejimi başa çatıb və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayıblar. 

Qeyd edək ki, bugünkü imtahanda 18 min 620 abituriyentin iştirakı nəzərdə tutulub.