Dağıstan Respublikasının rəhbəri cənab Sergey Məlikova
Məktublar

Dağıstan Respublikasının rəhbəri cənab Sergey Məlikova

Hörmətli Sergey Alimoviç,

Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni son dərəcədə kədərləndirdi.

Ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara şəfa diləyirəm.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı, 15 avqust 2023-cü il.