DİN: Xankəndidə 12 ədəd müxtəlif markalı avtomat silahı və digər silah-sursat aşkarlanıb
Gündəm

DİN: Xankəndidə 12 ədəd müxtəlif markalı avtomat silahı və digər silah-sursat aşkarlanıb

Xankəndi şəhərində silah-sursat aşkarlanıb.

"Respublika" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 17-də və 18-də Xankəndi şəhəri ərazisində 12 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 7 ədəd müxtəlif markalı tüfəng, 11 ədəd qumbara, 7 alışdırıcı, 58 ədəd patron darağı, 1944 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.