Dünya zəhmətkeşlərinin bayramı
Digər xəbərlər

Dünya zəhmətkeşlərinin bayramı

1 MAY Beynəlxalq Əmək Günüdür

Hər il may ayının 1-i daim yorulmadan çalışan, əziyyət çəkən zəhmətkeşlərin bayramı kimi qeyd olunur. 1866- ildə amerikalı işçilər Baltimorda toplandıqları konqresdə günlük vaxtının 8 saata endirilməsi tələbləri ilə çıxış etmişlər. Nəticədə, 1884- ildə Çikaqoda Amerika İşçi Federasiyası Beynəlxalq İşçilər Birliyi "8 saatlıq günü" burjuaziyaya zorla qəbul etdirmək qərarı aldılar. Həmin qərara müvafiq olaraq hadisədən 2 il sonra, yəni 1 may 1886- ildə işçilər 8 saatlıq günü üçün boykotlar edəcək, müxtəlif aksiyalar keçirəcəkdilər. Belə oldu.

1886- il may ayının 1- Nyu-York, Çikaqo, Filadelfiya, Baltimor kimi sənaye mərkəzlərində 200 mindən çox işçi boykota başladı. Təkcə Çikaqoda 80 min işçi öz haqları olan "8 saatlıq günü" tələbi başlığı altında yürüş keçirdi. Burjuaziya ümummilli boykotun aksiyaların yayılmasından qorxaraq silahlı əsgərləri, casus provakatorları işə cəlb edərək etirazçılara qarşı hücuma yönəltdi.

Həmin ilin 3 may tarixində "McCormic" fabrikinin qarşısında etiraza qatılmayanları da boykota qoşulmağa çağıran silahsız işçilərə atəş açıldı bir nəfər həyatını itirdi. Silahlı insidentdən sonra işçilər qanlı hadisəni protest etmək üçün mitinq keçirmək qərarına gələrək daha güclü etiraz aksiyası təşkil etdilər. Mitinqin yekunlaşmasına az qalmış yüzlərlə polis meydana daxil oldu. Həmin vaxt mənşəyi haradan gəldiyi bəlli olmayan bir bomba polislərin olduğu əraziyə atıldı. Bomba mitinq bölgəsini qanlı savaş meydanına çevirdi işçilər güllə yağışına tutuldular. İnsident nəticəsində 4 işçi 7 polis həyatını itirdi, onlarla insan isə xəsarət aldı. Hadisədə təqsirləndirilən həmkarlar ittifaqlarının sədrləri 8 işçi hərəkatının lideri saxlanıldı. Saxlanılanların məhkəməsindən sonra işçi hərəkatının liderlərindən olan - Avgust Spies, Albert Parsons, Corc Engel ve Adolf Fişer edama məhkum edildilər. 1887-ci ildə edama aparılan Avqust Spiesin son sözləri belə idi: "Gün gələcək, səssizliyimiz bu gün boğacağınız səslərdən daha güclü olacaq". Hər şey Avqustun dediyi kimi oldu. Həmin repressiya edam qərarları zəhmətkeşlərin beynəlxalq birliyində yeni, daha güclü mübarizələrin şiddətlənməsində mühüm rol oynadı. Nəticədə, işçi hərəkatı Avropada da canlanmağa başladı. 1889-cu il iyul ayında Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü kimi qəbul olundu. Hər il bu tarixdə mitinqlər, aksiyalar keçirmək boykotlar etmək qərarı alındı. Həmkarlar İttifaqının üzvü, fəhlə Laviqn hər bir ölkənin zəhmətkeşlərinə Əmək Bayramı barədə tələblərini irəli sürməyi təklif etdi. Beləliklə, Konqres tərəfindən həmin gün proletariatın bayramı kimi qeyd olunmağa başladı.

  Sovet İttifaqı dövründə bu bayram dünyada yüksək səviyyədə keçirilirdi. Bayramdan bir neçə gün öncə bütün ölkə boyu idarə, müəssisə təşkilatlarda, məktəblərdə böyük coşqu ilə hazırlıqlar görülürdü. Beynəlxalq Əmək Günü 1920-ci ildən etibarən Azərbaycanda keçirilməyə başlasa da, 1992-ci ildə totalitar quruluşun ideoloji atributu kimi dəyərləndirilərək ləğv edilmişdir. Hazırda dünyanın 66 ölkəsində 1 May rəsmi, 100-dən artıq ölkədə isə qeyri-rəsmi bayram kimi qeyd edilir. 1 May nümayişləri əsasən dinc şəkildə insidentsiz başa çatsa da, bəzən planlı şəkildə bir sıra qarşıdurmalar da yaranır. Hətta elə dövlətlər var ki, burada bayram günü nümayişə çıxan işçilər, hətta öldürülür. Lakin bütün bunlara baxmayaraq, nümayişçilər öz niyyətlərindən əl çəkmir, ilbəil bayramı daha da təntənəli şəkildə qeyd edirlər.

Nəzrin ELDARQIZI,

"Respublika".