Əfv olunan məhbusun anası: Xəbəri eşidəndə sevincdən gözyaşlarıma hakim ola bilmədim
Sosial həyat

Əfv olunan məhbusun anası: Xəbəri eşidəndə sevincdən gözyaşlarıma hakim ola bilmədim

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası baş tutur.

10 saylı cəzaçəkmə müəssisəsində də proses davam edir.  

Ataşova Lətafət Cəmil qızının oğlu 2019-cu ilin avqustunda məhkum olunub və o əfv olunanlar siyahısındadır. O, öz təəssüratlarını bizimlə bölüşdü:

"Əfv sərəncamını eşidən zaman gözyaşlarıma hakim ola bilmədim. Allah cənab Prezidentin canına sağlıq versin. Oğlumun adının sərəncamda olduğunu eşidən zaman sevincimin həddi-hüdudu olmadı. Oğlum, Ataşov Nurlan 5 il 7 ay müddətinə həbs edilmişdi, 10 ay idi ki azadlıqda deyildi. Bu gün isə mən oğluma qovuşdum. Allah ölkə başçımızın canını sağ eləsin".

Nurlan ABDALOV,

"Respublika".