Əhməd Uysal: Bu gün dünyanın elm xadimləri, jurnalistlər, fikir adamlarının iştirakı ilə çox səmərəli müzakirələr aparıldı
MÜSAHİBƏLƏR

Əhməd Uysal: Bu gün dünyanın elm xadimləri, jurnalistlər, fikir adamlarının iştirakı ilə çox səmərəli müzakirələr aparıldı

Prezident İlham Əliyevin bu gün bizimlə üç saata yaxın davam edən görüşü çox mühüm, dəyərli və qiymətlidir. Ötən il Prezident İlham Əliyevə Şuşa Forumunun keçirilməsini mən təklif etmişdim. Bunun qəbul edilməsi bizi həqiqətən sevindirdi. Bu gün çox gözəl görüş baş tutdu.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Əhməd Uysal deyib.

"Prezident İlham Əliyev hər suala çox güvənli və əmin şəkildə cavab verirdi. Konfransda dünyanın müxtəlif yerlərindən gələn elm xadimləri, jurnalistlər, fikir adamlarının iştirakı ilə çox maraqlı və səmərəli müzakirələr, ətraflı fikir mübadiləsi aparıldı. Təəssüf ki, dünyada, xüsusilə Qərb ölkələrində həm Azərbaycana, həm də Türkiyəyə qarşı qərəzli mövqe var idi. Bu vəziyyət artıq düzəlməyə başlayır. Bizim ortaq təşəbbüslərimizlə daha yaxşı olacağına əminəm", - deyə Ə.Uysal qeyd edib.

AZƏRTAC