Ermənipərəst ABŞ senatoruna qarşı yeni ittihamlar irəli sürüldü
Dünya xəbərləri

Ermənipərəst ABŞ senatoruna qarşı yeni ittihamlar irəli sürüldü

Ermənipərəst ABŞ senatoru Robert Menendez və həyat yoldaşına qarşı yeni ittihamlar irəli sürülüb.

"Respublika" xarici KİV-ə istinadən xəbər verir ki, ittiham aktına əsasən, Menendez Nyu-Cersidən olan biznesmenə hökumətlə əlaqəli Qətər şirkətindən investisiyalar əldə etməkdə kömək edib.

Menendezə qarşı rüşvətxorluq məqsədilə əlbirlik, özəl xidmətlər sahəsində fırıldaqçılıq, hədələməklə pul tələb etmə və xarici agent qismində fəaliyyət olmaqla, dörd ittiham irəli sürülüb.

Senator və onun həyat yoldaşı Nadin Arslanyan iş adamı Fred Daybesi Nyu-Cersidə daşınmaz əmlak sahəsində layihəyə milyonlarla dollarlıq investisiyalar üzrə danışıqlarda dəstəkləmək müqabilində qızıl və "Formula-1" yarışlarına biletlər əldə etməkdə ittiham olunurlar.

İttiham aktına əsasən, 2021-ci ilin iyun ayında Menendez Daybezi Qətər kraliyyət ailəsinin investisiya şirkətini idarə edən üzvü ilə tanış edib.

Prokurorlar Menendezin Qətərin lehinə ictimai açıqlamalar verdiyini, 2021-ci ilin avqust ayında isə Daybezi bu ölkənin hökumətini tərifləyən press-relizlə əvvəlcədən tanış etdiyini iddia edirlər.

"Ola bilsin ki, siz onlara mesaj göndərmək istəyərsiniz", - ittiham aktına əsasən, Menendez şifrəli mesajda Daybezə belə deyir.

Prokurorluğun məlumatına əsasən, 2022-ci ilin may ayında adı açıqlanmayan Qətər şirkəti Daybesin şirkəti ilə birgə müəssisə yaratmaq niyyəti barədə məktub imzalayıb.

Prokurorlar, həmçinin, qətərli məmur Nadin Arslanyan Menendezin qohumuna 2022-ci ilin may ayında Mayamidə keçirilən "Formula-1" yarışına biletlər hədiyyə edərkən Menendezin mükafatlandırıldığını, Daybesin isə Menendezə qızıl külçə hədiyyə etdiyini iddia edirlər.

Prokurorların iddiasına görə, həmin ayın sonunda, arvadı və Daybeslə şam yeməyindən sonra senator "Google" axtarış sistemində "bir kiloqram qızılın qiyməti" üçün axtarış verib.

Daybez və Nadin Menendezə qarşı da ittihamlar irəli sürülüb, lakin onlar təqsirlərini etiraf etməyiblər.

Qeyd edək ki, bu Menendezə qarşı ilk korrupsiya ittihamı deyil. O, 2015-ci ildə zəngin göz həkimindən 1 milyon dollara yaxın dəyəri olan hədiyyələr, bahalı səyahətlər həmçinin siyasi kampaniya töhfələri almaqda ittiham edilib. İş 2017-ci ildə məhkəməyə təqdim olunsa da, jürinin yekun qərar qəbul edə bilməyib.