Dünən Türkiyədə ard-arda zəlzələlər olub
Dünya xəbərləri

Dünən Türkiyədə ard-arda zəlzələlər olub

Türkiyədə dünən gecə ardıcıl zəlzələlər baş verib.

“Respublika” AFAD-a istinadən xəbər verir ki, Konya Səlcuqluda 5,0 bal gücündə baş verən zəlzələdən sonra saat 18:36-da İzmirin Buca rayonunda 3,9 bal, daha sonra isə  Ərzurumun Nərman rayonunda saat 21:37-də 4,1 bal gücündə zəlzələ baş verib.

Türkiyənin AFAD təşkilatı tərəfindən verilən açıqlamada bildirilir ki, zəlzələ 9,56 kilometr dərinlikdə olub. 

Töhfə SƏMƏDOVA,

“Respublika”.