Fransada 5 polis saxlanılıb
Dünya xəbərləri

Fransada 5 polis saxlanılıb

Fransada nümayiş zamanı müsəlman gənci öldürməkdə günahlandırılan 5 polis məmuru saxlanılıb.

"Respublika" "Cumhuriyet"ə istinadən xəbər verir ki, Milli Polis Təhqiqat Bölməsi (IGPN) hadisənin şahidi olduqlarını əsas gətirərək 20-yə yaxın polisi ifadə verməyə çağırıb.

Evinin qarşısında yerdə tapılan və xəstəxanaya aparılarkən öldüyü təsbit edilən Bendrissin cəsədini müayinə edən həkimlər müsəlman gəncin sinəsinə dəyən rezin güllə ilə ölmüş ola biləcəyini bildiriblər. Həkimlər hadisəni bildirdikdən sonra IGPN araşdırmaya başlayıb. Sözügedən polis məmurlarının ifadələrini alan IGPN-in yeniyetmənin ölümü ilə bağlı araşdırmanın nəticəsini yaxın vaxtlarda açıqlaması gözlənilir.

Töhfə SƏMƏDOVA,

"Respublika".