Ermənistan parlamentində rüsvayçılıq - “Civilnet
Digər xəbərlər

Ermənistan parlamentində rüsvayçılıq - “Civilnet" yazır...

Ermənistanın "Civilnet.am" xəbər saytı ölkə parlamentinin spikeri Alen Simonyan ilə Mkrtcyan arasındakı qalmaqalla bağlı məlumat yayımlayıb. Məlumatda Simonyanın Mkrtcyanın üzünə tüpürməkdə ittiham olunması ilə bağlı faktlar da yer alıb. Sözügedən müzakirələr həm xalq arasında, həm parlamentdə geniş müzakirələrə səbəb olub.

Ermənistanın kütləvi informasiya vasitələrinin verdiyi xəbərə əsasən, Kanada əsilli Qaren Mkrtcyan iddia edib ki, spikerlə danışandan sonra Simonyan təhlükəsizlik komandasına Mkrtcyanı həbs etmək əmri verib. Bundan sonra Simonyan onu söyüb üzünə tüpürüb. Hadisədən sonra "Pativ Unem" fraksiyasının deputatı Hayk Mamicanyan "Hayastan" fraksiyasının deputatı Aspram Krpeyan Mkrtcyana dəstək nümayiş etdiriblər. Onlar Mkrtcyanla görüşmək üçün Mərkəzi Polis İdarəsinə yollanıblar. Deputatlar, həmçinin yayılan saxta iddialarla bağlı ona xəbərdarlıq ediblər. Bundan başqa, yazıda internetdə geniş etirazlara səbəb olan insidentin azad sözün hüdudları, vətəndaş diskursunun səviyyəsi ölkənin müxtəlif siyasi qüvvələrinin ikiüzlülüyünü əks etdirdiyi vurğulanıb.

Qeyd edək ki, Ermənistanda hadisəyə sərt reaksiya verənlər çox olub. Belə ki, vəkil Sos Hakoyan "Facebook" sosial şəbəkəsindəki şəxsi hesabında Alen Simonyanı rüsvayçı davranışını qınadığını bildirərək onun xuliqanlığa görə cavab verməli olduğunu qeyd edib. Həmçinin, Hayastanın deputatı Kristin Vartanyan da hadisəni pisləyib: "Erməni "demokratiyası" ölkədəki söz azadlığı - əslində Nikol Paşinyanın diktaturası haqqında bilmək lazım olan hər şey budur", - deyə o bildirib.

Nəzrin ELDARQIZI,

"Respublika".