Ermənistanın ekoloji terroru ətraf mühitə qəsddir
Ekologiya

Ermənistanın ekoloji terroru ətraf mühitə qəsddir

Hər hansı bir dövlət, yaxud şəxs tərəfindən digər ölkənin flora faunasına bilərəkdən yetirilmiş zərər ekoloji terror adlanır. Bu sahədəki tənzimləmələr müvafiq qanunlara əsasən aparılır. Ekosidin fəsadlarının aradan qaldırılması isə çox mürəkkəb çətin prosesdir.

Hazırda bir çox dövlətlər vaxtikən ərazilərində törədilmiş ekoloji terrorlardan əziyyət çəkir. Bu ölkələr arasında Azərbaycan da yer alır. Xain düşmənimiz 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızda şəhər kəndləri dağıtmış, dinc əhaliyə qarşı soyqırımı törətmiş, bölgədəki bitki heyvanlar aləmini məhv etmişdir. Özgə torpağına göz dikən üzdəniraq ermənilər, şəhər kəndlərimizi xarabalığa çevirmək, maddi mədəniyyət abidələrini yer üzündən silmək, təhqir etməklə bərabər, həm yeraltı-yerüstü sərvətlərimizi - mineral su mənbələrini, meşə fondunu, 152 dövlət təbiət abidəsini, 5 geoloji obyekti 155 növ faydalı qazıntı yatağını talamışdır. Ermənistanın çirkin əməlləri sadəcə sadaladıqlarımızla kifayətlənmir. Belə ki, onlar Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı digər rayonlarda qiymətli ağac növlərini məhv etmiş xarici ölkələrə satmışlar. Təsadüfi deyil ki, Ermənistanın Azərbaycan meşələrini məhv etmək hesabına meşəçilik sahəsində istehsalını 10 dəfə artırmışdır. Demək yerinə düşər ki, sahəsi ümumilikdə 8 min hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc qozdan ibarət qiymətli çoxillik sıx meşələrdən ibarət faunanın qırılması ölkəmizin endemik biomüxtəlifliyə ən ağır zərbədir. Əlavə olaraq, Topxana meşəsinin qadağan olunmuş fosforla məhvi, Kəlbəcərdə ağacların kəsilməsi, meşələrin yandırılması ətraf mühitə qəsdən zərər verilməsi təbiətə qarşı ən ağır cinayətlərdəndir.

Ermənistan törətdiyi bu cinayət əməlləri ilə ekologiya ətraf mühitlə bağlı beynəlxalq konvensiyaları, o cümlədən "Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi" haqqında BMT konvensiyasını, "Ətraf mühit inkişaf üzrə Rio-De-Janeyro" bəyannaməsini, "Ramsar", "Bern", "Bioloji müxtəliflik" kimi beynəlxalq konvensiyalarının tələblərini pozmuşdur. Bundan başqa, alçaq düşmənin işğal altında saxladığı ərazilərimizdəki vandal fəaliyyətinin nəticəsində torpaqlarda eroziya halları baş vermiş, təbiətin müvazinəti pozulmuşdur.

Hiyləgər ermənilərin qanundankənar fəaliyyətləri barədə dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırılsa da, heç bir müsbət nəticə əldə edilməmişdir. Ən diqqətçəkən məqamlardan biri isə düşmənin xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay Qaragöl dövlət təbiət qoruqlarında, Arazboyu, Laçın, Qubadlı Daşaltı dövlət təbiət yasaqlıqlarındakı fauna flora növlərini məhv etməsidir. Maraqlıdır, Ermənistanın bu fəaliyyəti üçün gözardı edilir. Əgər, bu vəhşilikləri Azərbaycan etmiş olsaydı, çoxdan cəzasını çəkmiş idi, lakin Ermənistan hələ layiq olduğu cəzanı almayıb. Ermənistanın içməli su ehtiyatlarını, xüsusilə Oxçuçayı kimyəvi bioloji maddələrlə çirkləndirməsi onların düşmənçilik siyasətinin bariz nümunəsidir. Bunun nəticəsidir ki, həmin bölgələrdə ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalmışdır. Su ehtiyatlarının çirkləndirilməsi həyata keçirilən ekoloji terror siyasətinin əsas tərkib hissəsidir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, ekoloji terrorun sonlanması ilə nəticələnmişdir. Mühüm əhəmiyyət kəsb edən Suqovuşanın düşmən işğalından azad edilməsi regional eko-balansın bərpasına şərait yaratmışdır. Bu gün burada törədilmiş ekosidin fəsadlarının aradan qaldırılması istiqamətində mühüm işlər görülür. Ölkə başçımız İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir ki, həmin bölgələrdə artıq canlanma müşahidə olunur. Yaxın gələcəkdə işlər yekunlaşacaq, işğaldan azad olunan ərazilərimizin gözəlliyi bütün dünyanı heyran qoyacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".