Flavia Peixoto: Vəziyyət həqiqətən də pisdir, ətraf minalarla doludur
MÜSAHİBƏLƏR

Flavia Peixoto: Vəziyyət həqiqətən də pisdir, ətraf minalarla doludur

Məlumat verildi ki, azad olunan ərazilərdə indiyədək 300-dən çox insan minaya düşüb. Vəziyyət həqiqətən də pisdir, ətraf minalarla doludur. Rayonların azad edildiyini, yenidənqurma işlərinin getdiyini görəndə, az da olsa rahatlıq tapırsan. Bundan sonra hər şeyin əvvəlkindən yaxşı olacağını düşünürəm.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdama səfər edən braziliyalı jurnalist Flavia Peixoto bildirib.

"Tarixi yerlərə gəlincə, həmin yerlərə hörmət edilməməsi çox üzücüdür. Mən erməni tərəfinin mövqeyini bilmirəm, amma həmişə oxumuşam ki, Ağdam hətta Ermənistanın bu yaxınlarda tanıdığı Azərbaycan ərazisidir. Ümid edirəm ki, tezliklə sülhə nail olacaqsınız", - deyə o əlavə edib.