Fransada gözdə və qulaqda qanaxmaya səbəb olan virus  aşkarlanıb
Dünya xəbərləri

Fransada gözdə və qulaqda qanaxmaya səbəb olan virus aşkarlanıb

Fransanı narahat edən hal bu yaxınlarda xaricdən qayıdan bir əsgərdə görülüb.

"Respublika" "Hürriyet"ə istinadən xəbər verir ki, adı açıqlanmayan xəstə Sen-Mandedəki Begin hərbi xəstəxanasında müalicə olunarkən yerli hakimiyyət orqanları xəstə ilə təmasda olan şəxslərin müəyyən edilməsi üçün əsaslı epidemioloji araşdırma aparırlar. Lassa qızdırması gözlərdə, qulaqlarda və ağızda qanaxmaya səbəb olan kəskin viral hemorragik xəstəlikdir. İnsanlara gəmiricilərdən ötürülür, lakin insanlar da bir-birinə yoluxdura bilər.

Röya RÜSTƏMLİ,

"Respublika".