Geomaqnit qasırğası olacaq
Sosial həyat

Geomaqnit qasırğası olacaq

16 iyul axşam saatlarından başlayaraq, G1 (zəif) səviyyəli geomaqnit qasırğası qeydə alınıb. 

"Respublika" xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata istinadən xəbər verir ki, Günəş küləyinin sürətinin də 17-19 iyul tarixlərində yenidən yüksələcəyi gözlənilir. 

Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması, 12-13 iyulda isə 4Kp-yə kimi yüksəlməsi ehtimalı var. 

16 iyul saat 13:20-də gələn şok dalğasının təsiri ilə S1 səviyyəli radiasiya qasırğası baş verib, sonra isə geomaqnit sahəsinin aktivliyi G1 səviyyəsinə kimi yüksəlib. 17-18 iyulda Tac Kütlə Atılmalarının təsiri ilə G2 (orta) səviyyəli geomaqnit qasırğasının olacağı, 19 iyuldan sonra isə yavaş-yavaş təsirin zəifləyəcəyi gözlənilir.