Güclü Azərbaycanın qurucusu
Siyasət

Güclü Azərbaycanın qurucusu

2023- il Azərbaycan dövləti xalqı üçün əlamətdar hadisələrlə zəngindir. Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının 100- ildönümünü böyük təntənə ilə qeyd edirik. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023- il ölkəmizdə "Heydər Əliyev İli" elan olunub. Ulu Öndərimizin 100 illik yubileyi ölkəmizdə yüksək səviyyədə qeyd edilir. Çünki Ümummilli Lider Heydər Əliyev xalqımızın dövlətçiliyimizin tarixində əvəzolunmaz şəxsiyyətdir. Həm sovetlər dönəmində, həm müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisinə xidmət edib. Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə olunub.

Ümummilli Liderin 1969-cu il iyulun 14- Azərbaycanda ilk dəfə siyasi rəhbərliyə gəlməsi ilə respublikamızda bütün sahələrdə olduğu kimi, tibb sahəsində mühüm yeniliklər əldə edildi.

Ulu Öndər Heydər Əliyevin müstəqillik illərində Azərbaycana rəhbərliyi müasir tariximizə qızıl hərflərlə yazılıb. Məlumdur ki, 1990- illərin siyasi mənzərəsi həqiqətən acınacaqlı idi. 1991-ci ilin oktyabr ayında dövlət müstəqilliyi bərpa olunsa da, bu müstəqillik kağız üzərində idi. 1992-1993- illərdə hakimiyyətdə olan qüvvələr ölkəmizi uçuruma aparırdı. Belə bir şəraitdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993- il iyunun 15- Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.

Ümummilli Lider bu qayıdışı ilə ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi kimi tarixi missiyanı həyata keçirməyə başladı. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifəsinə çevrildi. Bir sözlə, böyük dövlət xadimi Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən, qarşıdurmadan, tənəzzül məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı Azərbaycanı parçalamaq, forposta çevirmək korporativ maraqlar əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Asayiş qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Ən əsası, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verilməsi, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, idarəetmə sisteminin formalaşdırılması, "Əsrin müqaviləsi"nin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması, ölkənin dünya birliyinə inteqrasiyası prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini təmin etdi, Azərbaycanın qarşısında aydın perspektivlər açıldı.

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişaf yolunda indiki gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur, eyni zamanda iftixar mənbəyidir. Bu irsi öyrənmək təbliğ etmək hər birimizin şərəfli borcudur. Heydər Əliyev son dərəcə təcrübəli dövlət başçısı böyük siyasi xadim kimi hər zaman çətin mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirib, Azərbaycanın milli maraqlarını daim qətiyyətlə qoruyub. Bu baxımdan Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursu böyük əhəmiyyət kəsb edir. Qeyd etdiyimiz kimi, müstəqilliyimizin ilk illərində milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə Qarabağda başlayan erməni separatizmi, eləcə hərbi təcavüzün genişlənməsi ölkəmizi ciddi siyasi iqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasətində mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi.

1993- ilin iyun ayında Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda müasir müstəqil dövlətimizin əsasları qoyuldu. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasət məhz Ümummilli Liderin adı fəaliyyəti ilə bağlıdır. Zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq Heydər Əliyevin yeniləşmiş xarici siyasət xəttində ilk növbədə bir sıra mühüm təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdu. Həmin vəzifələrdən biri ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, Ermənistanın işğalçı siyasətini ifşa etmək, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq, xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaqdan ibarət idi. Ona görə yeni xarici siyasət xətti üçün hər şeydən əvvəl müharibə dayandırılmalı dinc şərait təmin edilməli idi. Bu məqsədlə, 1994- ilin mayında Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması ölkə daxilində sabitlik yaradılması yolunda atılan addımlar sayəsində yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün əlverişli dinc şərait yarandı.

Ulu Öndər son dərəcə təcrübəli dövlət başçısı böyük siyasi xadim kimi bu çətin mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəldi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb etdi. Ümummilli Lider Heydər Əliyev beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirirdi. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olması ilə yanaşı, onların işlərində fəal iştirak etməsi səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmağa imkanı verirdi. Bu baxımdan 1994- il mayın 4- Prezident Heydər Əliyevin "Sülh naminə tərəfdaşlıq" proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu proqramın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri ABŞ ilə dünya təhlükəsizlik sisteminin, eləcə beynəlxalq münasibətlərin sivil qaydaları çərçivəsində hər cür əməkdaşlıq etmək imkanı qazandı.

Avratlantik strukturlara inteqrasiya prosesində Azərbaycan çoxtərəfli Trans-Atlantik təhlükəsizlik əməkdaşlığı proqramlarını inkişaf etdirən Avropa qitəsində onun sərhədlərindən kənarda təhlükəsizliyə sabitliyə töhfə verir. Belə ki, ölkəmiz 1994- ildə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulan ilk dövlətlərdən olub bu təşkilatın əksər qurumlarının işində fəal iştirak edərək NATO ilə mümkün tərəfdaşlıq mexanizmlərindən tam şəkildə bəhrələnir.

Ulu Öndərimizin fəaliyyətində türk dövlətləri ilə əlaqələrin gücləndirilməsi, eyni kökdən gələn xalqların inteqrasiyasının sürətlənməsi hər zaman xüsusi diqqət mərkəzində olub. Bu məqsədlə, türkdilli ölkələrin dövlət başçılarının davamlı olaraq zirvə görüşləri keçirilib.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003- illər respublikamız üçün həlledici olub. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulub, Azərbaycanın istər daxili, istərsə xarici siyasətlə bağlı strateji xətti müəyyən edilib, ölkəmiz dünya birliyinə inteqrasiya edib.

Bu gün cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycanın regionda dünyada müttəfiqlərinin sayını xeyli dərəcədə artırıb. Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyev Şuşa şəhərindən etdiyi müraciətdə ötən illər ərzində Azərbaycanın keçdiyi inkişaf yolundan ətraflı bəhs edərək bu inkişafın əsasında Heydər Əliyev siyasətinin dayandığını xüsusi vurğulayıb. İlk növbədə Qarabağın tacı, 44 günlük Vətən müharibəsində Zəfərimizin rəmzi olan Şuşa şəhərindən bu müraciətin edilməsi böyük məna daşıyır. Çünki Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağı, Şuşanı azad görmək idi. Cənab İlham Əliyev Şuşanın azad edilməsi ilə ATA vəsiyyətini yerinə yetirdi.

Ümumiyyətlə, 44 günlük Vətən müharibəsinin qalibiyyətlə başa çatması, işğal altında olan torpaqların Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz, qəhrəman hərbçilərimiz tərəfindən azad edilməsi Azərbaycanın gələcək inkişafı baxımından yeni perspektivlər açır. Beləliklə, yaşadığımız müasir dövr, müstəqil Azərbaycan, parlaq səhifələri yazılan yazılmaqda davam edən ən yeni tariximiz yeni Azərbaycanın qurucusu olan Ümummilli Liderimiz Heydər Əliyev ideyalarının bəhrəsidir. Azərbaycana daim uğur, xoşbəxtlik gətirən bu parlaq ideyalar, Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasi kurs, dövrə uyğun yeni çalarlarla zənginləşdirilən islahatlar strategiyası gələcəkdə dəyişməz olaraq qalacaq. Çünki bu siyasətin strategiyanın alternativi yoxdur.

Bu gün bütün xalqımız Ümummilli Lider Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevi ölkəmizdəki intibahın, ictimai-siyasi sabitliyin, əmin-amanlığın sülhün qarantı hesab edir. Dövləti xalqa, xalqı dövlətə bağlayan bu qarşılıqlı inam Azərbaycanı daha firavan gələcəyə doğru aparır.

Ramil HƏSƏN,

Milli Məclisin deputatı.