Gürcüstan ilə Azərbaycan arasında strateji əlaqələrin perspektivləri
Gündəm

Gürcüstan ilə Azərbaycan arasında strateji əlaqələrin perspektivləri

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Gürcüstan Hökumət Administrasiyasının Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Gürcüstan və Azərbaycan arasında mövcud strateji əlaqələr və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Söhbət zamanı Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunulub.

Qeyd edək ki, bundan əvvəl M.Cabbarov gürcü həmkarı Levan Davitaşvili ilə görüşüb.