Laçında mövqelərimiz atəşə tutulub
Gündəm

Laçında mövqelərimiz atəşə tutulub

Sentyabrın 9-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Respublika"ya bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.