Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu
Siyasət

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu

Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi mədəni həyatının bütün sahələrində dirçəlişi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərini nəzərə alaraq, xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 mart 2004- il tarixli fərmanına əsasən bir sıra dövlət əhəmiyyətli sənaye, təhsil, mədəniyyət, idman müəssisələrinə onun adı verilmişdir.

Bugünkü sayımızda həmin müəssisələrdən biri olanBakı Neft Emalı Zavoduhaqqında yığcam məlumatı oxucularımıza təqdim edirik.

Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri qabaqcıl müəssisə olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda milyonlarla tondan artıq neft emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, müxtəlif növ neft məhsulları istehsal edilmişdir.

Heydər Əliyev adına NEZ Azərbaycan neftinin 24 çeşidindən 21-ni emal edərək 15 növ məhsul istehsal edir. Bu məhsullar benzin, aviasiya kerosini, dizel yanacağı, neft koksu mazutdur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir.

Zavodda 4 əsas qurğu mövcuddur: ED-AV-6 qurğusu, Katalitik riforminq qurğusu, Tədrici kokslaşma qurğusu Katalitik krekinq qurğusu. Bu qurğular müvafiq olaraq, 1976- il, 1980-ci il, 1986- il 1993- illərdə istismara verilib.

İllik məhsuldarlığı 2 milyon ton olan Katalitik krekinq qurğusu avtomobil benzininin yüksək oktanlı komponentlərinin istehsalına imkan yaradır. Bundan əlavə, qurğuda "Azərikimya" İB üçün məhsullar (texniki propan, texniki butan quru qaz) dizel yanacağı istehsalı üçün vacib sayılan yüngül fleqma, illik məhsuldarlığı 1 milyon ton olan Katalitik riforminq qurğusu A-92 markalı avtomobil benzininin istehsalında əsas komponentlərdən olan sabit platformat tədrici kokslaşma qurğusunda isə eksport üçün koks, "Azərikimya" İB üçün quru qaz, kokslaşma benzini, kokslaşmanın yüngül ağır qazoylu istehsal olunur. NEZ-, həmçinin hidrotəmizlənmiş dizel benzin yanacağı istehsal edən qurğu, 400 min ton istehsal gücü olan yeni bitum qurğusu, hərəsi 2 milyon ton istehsal gücünə malik 2 ilkin emal qurğusu, illik məhsuldarlığı 790.000 ton olan "AVRO-4" markalı dizel yanacağı, habelə müxtəlif markalı yağlar istehsal edən qurğudan ibarətdir.

2017-ci ilə kimi zavodda 300 milyon tondan artıq, 2019 2020-ci illərdə müvafiq olaraq, 6 5.9 milyon ton neft emal olunub. Lakin zavodun qurğularının köhnəlməsi tələbatın artımı nəzərə alınaraq onun yenidən qurulması modernizasiyasının həyata keçirilməsi haqqında qərar verilib. NEZ-in istehsal gücünün artırılması, hazırkı xərclərin optimallaşdırılması, neft məhsullarının keyfiyyətinin "AVRO-5" standartına çatdırılması, eləcə "Azərikimya" İB-in xammala olan tələbatının ödənilməsi məqsədilə zavodun yenidən qurulması modernləşdirilməsi layihəsi mərhələli şəkildə icra edilib. 2018-ci ilin dekabrında layihənin birinci mərhələsi sona çataraq istehsal gücü illik 400 min ton olan yeni Bitum qurğusu istismara verillib ölkənin bu sahədə tələbatı tam ödənilib. Bundan əlavə, maye neft qazı (LPG) doldurma məntəqəsi istifadəyə verilib. Birinci mərhələ bitdikdən sonra, "Azərkimya İB"-nin Buxar krekinq qurğusunun ilkin xammalla təchiz edilməsi üçün imkan yaranıb. Növbəti mərhələdə zavodun cari qurğularının yeni qurğularla əvəzlənməsi həyata keçirilib.

2023- ildə mühərrik yanacaqlarının "AVRO-5" standartının tələblərinə çatdırılması proqnozlaşdırılır.

Respublika”.