“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans
Digər xəbərlər

“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına müvafiq olaraq “Heydər Əliyev İli” çərçivəsində respublikamızda geniş proqramlı tədbirlər həyata keçirilməkdədir. Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə universitetin akt zalında “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.  

Konfrans öncəsi iştirakçılar Heydər Əliyev Mərkəzi önündə ucaldılmış ulu öndərin abidəsi qarşısına gül dəstələri qoyaraq ehtiramlarını ifadə etmiş və Mərkəzdə ulu öndərin anadan olmasının 100 illiyinə həsr edilmiş sərgi ilə tanış olmuşlar. Sonra konfrans iştirakçıları torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra  Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları salamlayaraq, ulu öndərin hakimiyyətinin birinci və ikinci dövrlərindəki zəngin fəaliyyətindən geniş söhbət açmışdır.

Ulu öndərin geniş fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunduqdan sonra məruzələr dinlənilmişdir.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli “Ulu öndər-Milli Müstəqillik uğrunda mübarizənin həqiqi carçısı”,  Azərbaycan Mili Elmlər Akademiyasının vitse-prezidenti, akademik Dilqəm Tağıyev “Azərbaycanda elmin və alimin ən böyük himayədarı”, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, YAP İdarə Heyətinin üzvü Elnur Sadıqov “Ümummilli lider və Azərbaycanın milli iqtisadi  inkişaf strategiyası”, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Heydər Əliyevin milli təhsilimizin inkişafında misilsiz xidmətləri” mövzularında geniş məruzələrlə çıxış etmişlər.

                              Zabit XƏLİLOV,

     “Respublika”.