Hikmət Hacıyev: “Ermənilər reinteqrasiyaya deyil, separatizmə can atırlar
Siyasət

Hikmət Hacıyev: “Ermənilər reinteqrasiyaya deyil, separatizmə can atırlar"

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Politico" nəşrinə müsahibəsində bildirib ki, "Laçın yolu açıqdır. Ancaq Azərbaycan hökuməti yüklərin Ermənistandan Laçın yolu ilə deyil, Ağdam şəhərindən çatdırılmasını istəyir".

O, qeyd edib ki, Ağdam tarixən Qarabağı Azərbaycanın digər əraziləri ilə birləşdirir,  bu yol daha az xərc tələb edir və daha rahatdır.

H.Hacıyev daha sonra bildirib: "Ermənilər niyə Ağdam yolundan istifadə etməkdən imtina edirlər? Çünki onlar reinteqrasiyaya deyil, separatizmə can atırlar, irredentizm axtarırlar və Azərbaycan ərazilərində öz qeyri-qanuni marionet rejimlərini saxlamaq istəyirlər".