İlkan Varol: Biz qəlbən sizinləyik
MÜSAHİBƏLƏR

İlkan Varol: Biz qəlbən sizinləyik

Biz Azərbaycanın işğaldan azad edilmiş torpaqlarını görmək istəyirdik. Ona görə Ağdama səfər etmişik. Şimali Kipr də keçmişdə buna bənzər acılar yaşayıb, duyğularınızı yaxşı başa düşürük. Eyni zamanda, 44 günlük Vətən müharibəsində qazandığınız Qələbəyə görə Azərbaycan xalqını təbrik edirik.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ağdama səfər edən Şimali Kipr Türk Respublikasının ombudsmanı İlkan Varol deyib.

"Biz qəlbən sizinləyik, sizinlə birlikdə kədərinizi və sevincinizi paylaşırıq. Allah bir daha belə günlər görməyi nəsib etməsin, bu acıları sizlərə yaşatmasın. İlk dəfədir ki, bu yerlərə gəlmişəm və bir çox tikinti işlərinin, layihələrin həyata keçirildiyini görürəm. İnşallah, gələn səfərimizdə inşa edilən binaları, yeni şəhərləri, quruculuq işlərini görmək imkanımız olar", - deyə o əlavə edib.

AZƏRTAC