“İnsan Hüquqları Aylığı” çərçivəsində müəssisələrində tədbirlər keçirilib
Sosial həyat

“İnsan Hüquqları Aylığı” çərçivəsində müəssisələrində tədbirlər keçirilib

“İnsan Hüquqları Aylığı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 saylı Uşaq Reabilitasiya Mərkəzində və Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reablitasiyası Mərkəzində məlumatlandırma tədbirləri keçirilib.

14 iyun ƏƏSMN-nin məlumatında bildirilir ki, Uşaq Reabilitasiya Mərkəzində təşkil olunan dəyirmi masa “Uşaq hüquqlarının müdafiəsi və uşaq əməyinin qarşısının alınması”, Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reablitasiyası Mərkəzində təşkil olunan dəyirmi masa isə “İnsan hüquq və azadlıqlarının dövlət təminatı” mövzusuna aid olub.

Hər iki tədbirdə Nazirliyin və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının əməkdaşları tərəfindən müvafiq mövzularda məlumatlar verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Respublika”.