İşğaldan azad olunmuş ərazilərdə 6 məktəbdə 780 şagird təhsil alacaq
Gündəm

İşğaldan azad olunmuş ərazilərdə 6 məktəbdə 780 şagird təhsil alacaq

İşğaldan azad olunmuş ərazilərdə 6 ümumi təhsil müəssisəsində 780 şagird təhsil alacaq, 94 müəllim tədris verəcək.

“Respublika” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirdiyi brifinqdə söyləyib. Nazir bildirib ki, açılışı nəzərdə tutulan məktəblərdə təhsil alacaq şagirdlərin sayında artımlar mütəmadi olacaq, çünki köç prosesi davam edir.