İyunun 10-da Azərbaycanda COVID-19 əleyhinə 58 doza vaksin vurulub
Səhiyyə

İyunun 10-da Azərbaycanda COVID-19 əleyhinə 58 doza vaksin vurulub

İyunun 10-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 58 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 25, ikinci doza vaksinlərin sayı 7, üç daha çox doza vaksinlərin sayı 25, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 966 min 126, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 685, ikinci mərhələ üzrə 4 milyon 883 min 970, üç daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 224, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 247-dir.