Kəlbəcər rayonu ərazisində növbəti dəfə döyüş texnikası müsadirə edilib
Məlumat

Kəlbəcər rayonu ərazisində növbəti dəfə döyüş texnikası müsadirə edilib

Kəlbəcər rayonu ərazisində növbəti dəfə Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus döyüş texnikası, silah və sursat aşkarlanıb.

"Respublika" xəbər verir ki, Müdafiə Nazirliyindən bildirilib ki, müsadirə edilən artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi nəqliyyat vasitələri, əl qumbaraları və digər döyüş sursatları Kəlbəcər rayonu ərazisindəki toplama məntəqəsinə daşınıb.