KOBİA  və  Litva  İnnovasiyalar Agentliyi arasında əməkdaşlıq
İQTİSADİYYAT

KOBİA  və  Litva  İnnovasiyalar Agentliyi arasında əməkdaşlıq

Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, "LitFOOD" İxracın Təşviqi Agentliyi və Litva İnnovasiyalar Agentliyinin birgə təşkilatçılığı ilə  keçirilən tədbirdə dövlət rəsmiləri ilə yanaşı, bir sıra idarə və müəssisələrin və İKT sahələrində fəaliyyət göstərən  şirkətlərin  nümayəndələri  iştirak ediblər.

Forumda təqdimatla çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, ölkəmizdə KOB subyektlərinə göstərilən  dəstək və  xidmətlər, eləcə də Azərbaycan və  Litva KOB-ları arasında əməkdaşlıq  imkanları barədə məlumat verib.

Tədbir   çərçivəsində bir  sıra  sənədlər, o cümlədən  KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumda hər iki  ölkənin kiçik və orta  biznes   subyektləri   arasında  müxtəlif   tədbirlərə  dair  qarşılıqlı  məlumat və KOB-lara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbirlərin təşkili və s. kimi   məsələlər nəzərdə     tutulur.

Nəriman CAVADOV,

“Respublika”.