Korsikanı tanımayan Fransanın Qarabağ
Digər xəbərlər

Korsikanı tanımayan Fransanın Qarabağ "sevdası"

Azərbaycanın beynəlxalq müstəvidə Fransa ilə uzlaşmamasının əsas səbəbi ondan ibarətdir ki, bu ölkənin Cənubi Qafqaz siyasətinin əsas xəttini ermənipərəstlik təşkil edir. Məhz bu amil onu deməyə əsas verir ki, bir ölkənin xarici siyasətini irqçilik təşkil edirsə burada ədalətli yanaşmadan söhbət gedə bilməz. Dövlət başçısının siyasi iradəsi qətiyyəti sayəsində fəaliyyəti dayandırılan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən olan Fransa müstəqilliyimizi bərpa etdikdən bu günə qədər suverenliyimizə qarşı təhdid törədənlərin himayədarı rolunu oynayır. Xüsusilə Emmanuel Makronun hakimiyyət illərində anti-Azərbaycan siyasətinin geniş vüsət alması məsələni o yerə çatdırıb ki, artıq ölkəmizdə Ermənistan deyəndə paralel olaraq ağıllara gələn ilk ölkələrdən biri Fransadır.

Yerləşdiyimiz regiona Ermənistan vasitəsilə "çökməyə" çalışan Fransanın əsas "silah"larından biri, hətta birincisi Qarabağ məsələsidir. Fürsət düşdükcə bu kartdan istifadə edən Makron sayı 25 mini keçməyən hayların arzu-istəklərini canı-könüldən dəstəkləsə , rəhbərlik etdiyi ölkənin daxilindəki problemlərinə nəzər salsaq görərik ki, Fransaya təkcə Korsika problemi kifayət edər ki, Makron administrasiyası baxış bucağını sərhədləri daxilinə yönəltsin. Azadlıqları uğrunda mübarizə aparan korsikalıların fransız xalqının etimadını doğrulda bilməyən iqtidar yaxın günlərdə səriştəsizliyi ucbatından postunu təhvil vermək təhlükəsi ilə üz-üzə qalmışdı. Sadəcə 9 səsin verilməsi kifayət edirdi ki, Emmanuel prezident kürsüsünə əlvida desin.

Hazırkı rəhbərliyin Qarabağ "sevdası" o qədər çoxdur ki, artıq Fransa BMT kimi universal təşkilatın Təhlükəsizlik Şurasının daimi üzvü olsa da, beynəlxalq təşkilatın nizamnaməsinə praktikada əməl etmir. Azərbaycanın dünya səviyyəsində tanınan sərhədləri daxilində qondarma dövləti parlamentində tanıyaraq, separatizmə xidmət etdiyini açıq-aşkar göstərir. Qarabağ Korsika məsələlərinin həllini BMT Nizamnaməsinə istinad edərsək burada Fransanın Birləşmiş Millətlərin ali məqsədlərinə dəyər vermədiyini, daxili xarici siyasətində qlobal təşkilatın qərarlarına tabe olmadığını, bu institutun fəaliyyətini heçə saydığını görmək olar. 350 min nəfəri separatçı, 20-25 mini isə azadlıq mübarizi adlandırmaq öz gözündə tiri görməyib başqasının gözündə çöp axtarmaqdır. ATƏT-in keçmiş Minsk Qrupunun həmsədri olduğu zaman Qarabağ münaqişəsinin həllinə tərəfkeşliklə yanaşan Fransanın yenidən Azərbaycan Ermənistan arasında gedən sülh danışıqlarına müdaxilə cəhdləri dövlət başçısı İlham Əliyev tərəfindən rədd edilmişdir.

Ədaləti beynəlxalq hüququ müdafiə etmək əvəzinə, separatizmi dəstəkləyən, təqribən 30 il ərzində heç bir fayda verməyən qurumun Azərbaycan tərəfindən ləğv edilməsi doğru addımdır. Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət olub. Lakin Azərbaycan Ordusu həmin siyasətə son qoydu, güclü qüdrətli prezident-xalq-ordu birliyi sayəsində torpaqlarımızı azad etdik. 10 noyabr Bəyanatında postmünaqişə dövründə Qarabağın status məsələsinin bir kənarda qalmasını, artıq regionda yeni reallıqların yaranmasını erməni himayədarları anlamalıdır. Qarabağın erməni əhalisinin reinteqrasiya prosesinə mane olmaq istəyən Fransanın, Makronun artıq yavaş-yavaş regiondakı təxribatçı geopolitikası məhv olur. Son günlərdə Silahlı Qüvvələrimizin Qarabağda keçirdiyi lokal hərbi əməliyyatlar nəticəsində strateji yüksəklikləri əldə etməsi gələcəkdə bu ərazilərdə baş verə biləcək hər hansı silahlı toqquşmalarda üstünlük əldə etməyə imkan yaradacaq ki, bu da anti-Azərbaycan siyasəti aparanların arzularını ürəklərində qoyacaq.

Musa BAĞIRLI,

"Respublika".