Laçında qurulan nəzarət-buraxılış məntəqəsinə beynəlxalq reaksiyalar
Digər xəbərlər

Laçında qurulan nəzarət-buraxılış məntəqəsinə beynəlxalq reaksiyalar

Laçın ölkəmizin ən böyük rayonlarından biridir. Onun ərazisi 1800 kvadratkilometrdir. Zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri ilə məşhur olan Laçın işğal olunanda orada təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi isə rayonun əhalisi 80 min nəfərə çatıb. Rayonun iqtisadi turizm potensialını xüsusi vurğulamaq lazımdır. Uzun müddət beynəlxalq müzakirələrdə Laçın mövzu olaraq qalıb. Bəzən , Qarabağ məsələsinin həll olunmamasının əsas problemlərindən biri kimi rayonla bağlı razılığa gəlinməməsi qeyd olunub. Çünki rayonun ən böyük strateji əhəmiyyəti daxilindən Laçın dəhlizinin keçməsindədir. Azərbaycan Respublikası 2020-ci il dekabrın 1- Laçını Ermənistanın işğalından azad edərək öz yurisdiksiyasına qaytardı.

Azərbaycan regionda yeni reallıqlar yaradıb. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Azərbaycanın yürütdüyü ardıcıl məqsədyönlü siyasət nəticəsində əldə olunan növbəti uğur isə Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlıdır. Azərbaycan bütün ərazilərində öz hakimiyyətini bərpa etdiyi kimi, sərhədlərimizdə sülhü, təhlükəsizliyi təmin edir. Qeyd edim ki, Laçının mərkəzi 2022-ci ilin sentyabrında heç bir döyüş əməliyyatı aparılmadan Azərbaycanın tam nəzarətinə keçib. Müharibədən sonra ermənilər Laçın yolu ilə Qarabağa silah-sursat daşınmasını, burada hərbi kontingent formalaşdırmağa cəhd göstərməsini davam etdirirdilər. Rusiya sülhməramlılarının gözü qarşısında Azərbaycanın təbii sərvətləri talanaraq Ermənistana, oradan da xaricə daşınırdı. Ölkəmizin ekofəalları 2 dekabr 2022-ci ildə milli sərvətlərimizin talanmasına etiraz olaraq fasiləsiz aksiyaya başladılar. Sözügedən aksiyanın nəticəsi olaraq biz Laçında nəzarət-buraxılış məntəqəmizi aça bildik. Lakin qurduğumuz sərhəd-buraxılış məntəqəsi bir sıra beynəlxalq reaksiyalara səbəb olub. Ermənistan Rusiya dövlətimizin bu addımını 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın pozulması kimi qiymətləndirsə , Azərbaycan bunun öz suveren legitim hüququ olduğunu bildirib. Fransa 23 apreldə yaydığı bəyanatda Azərbaycanın Laçın dəhlizinin girişində nəzarət-buraxılış məntəqəsi qurmasını pisləyir, bunun atəşkəs sazişi çərçivəsində götürülmüş öhdəliklərə zidd olduğunu danışıqlar prosesinə zərər verdiyini hesab edir.

ABŞ Dövlət Departamentindən isə bildirilib ki, "Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesini sarsıtmasından dərin narahatdır". Halbuki Laçında qurulan nəzarət-buraxılış məntəqəsi yalnız Azərbaycan Ermənistanda deyil, bütövlükdə regionda sülhün, əmin-amanlığın, təhlükəsizliyin bərqərar olmasına zəmin yaradır. Nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycan Ermənistan üçün olduqca vacibdir. Bu halda, Azərbaycan Qarabağa gələn yüklərin nədən ibarət olduğunu biləcək, separatçılar üçün silah-sursat daşınmayacaq. Azərbaycan beynəlxalq müzakirələrdə Laçın yolunda, Ermənistanla şərti sərhəddə qarşılıqlı nəzarət-buraxılış məntəqələrinin qurulmasını qarşı tərəfə dəfələrlə təklif etmişdir. Bunun əsas mənası odur ki, əgər biz qarşılıqlı olaraq bir-birimizin ərazi bütövlüyünü tanıyırıqsa, məntəqələr quraşdırılır Qarabağda yaşayan erməni əhaliyə açıq mesaj verilir ki, Ermənistan bu ərazini Azərbaycan ərazisi kimi tanıyır. Məhz buna görə , bu gün Azərbaycanın Laçında nəzarət-buraxılış məntəqəsinin qurmasına Rusiya, ABŞ, Fransa kimi dövlətlərin reaksiyaları əsassızdır. Çünki vaxtilə Azərbaycan tərəfi bütün diplomatik müzakirələrdə bu təklifi irəli sürüb. Həmçinin, Azərbaycanın öz ərazisində sərhəd-buraxılış məntəqəsini yaratması onun tam hüququdur. Hansı ki, bu, heç bir beynəlxalq hüquq normalarına da zidd deyil. Azərbaycan tərəfi Laçın yolundan humanitar məqsədlərdən kənar istifadə olunduğunu, bu yoldan silah-sursat, minalar daşındığını dəfələrlə bildirib. Ermənistan tərəfi isə bunu daim təkzib edib. Nəzarət-buraxılış məntəqələrinin yaradılması bir daha təsdiq edəcək ki, bu yoldan ancaq humanitar məqsədlərlə istifadə edilir. Beləliklə, Ermənistan artıq öz yalanlarından boyun qaçıra bilməyəcək.

Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin qurulmasının digər müsbət tərəfi isə regionda kommunikasiyaların açılmasına zəmin yaratması ilə bağlıdır. Ermənistanı da qorxuya salan başlıca səbəb elə budur. Azərbaycan kommunikasiyaların açılmasında, eləcə regional əməkdaşlıqda maraqlıdır. Sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması ərazilərimizdə Azərbaycan qanunlarını bərqərar edəcək.

Nuranə DAXİLQIZI,

"Respublika".