Martın 29-da Azərbaycanda COVID-19 infeksiyasına 97 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Martın 29-da Azərbaycanda COVID-19 infeksiyasına 97 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 97 yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 829 min 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 117 nəfər müalicə olunaraq sağalıb, 10 min 178 nəfər vəfat edib. Aktiv xəstə sayı 296 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1432, indiyə qədər isə ümumilikdə 7 milyon 556 min 844 test icra olunub.                                                

 

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 246 doza vaksin vurulub

Martın 29-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 246 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 146, ikinci doza vaksinlərin sayı 50, üç daha çox doza vaksinlərin sayı 38, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 12-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 953 min 878, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 406 min 131, ikinci mərhələ üzrə 4 milyon 879 min 951, üç daha çox doza vaksinlərin sayı 3 milyon 401 min 883, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 913-dür.