“Məişət zorakılığına son”və erkən nikahın fəsadları
Region

“Məişət zorakılığına son”və erkən nikahın fəsadları

 “Cəlilabad Rayon İcra Hakimiyyəti  tərəfindən Cəlilabad rayon Muğan kənd tam orta məktəbində Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı “Məişət zorakılığına son” və Cəlilabad Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu-Günay İbadova, Cəlilabad Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova və digər qurumları təmsil edən nümayəndələrlə bərabər  yuxarı sinif şagirdləri və valideynlər iştirak ediblər.

Çıxış edən Günay İbadova məişət zorakılığının yaranma səbəblərini və erkən nikahın qarşısının alınması üçün görülən işlərdən danışıb. Sonra tədbir iştirakçıları öz çıxışlarında mövzu barəsində ətraflı müzakirələr aparıblar.

              Ərəstun   ABDULOV,     
              “Respublika”.