Milli Məclisdə 11 məsələ müzakirə olunub
Siyasət

Milli Məclisdə 11 məsələ müzakirə olunub

Aprelin 11- Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclasın 11 məsələdən ibarət gündəliyi qəbul edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb, bir sıra deputatlar çıxış edərək gündəmdə olan bəzi aktual mövzular barədə fikirlərini açıqlayıblar.

Bu barədə verilən məlumata görə, deputatlar Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, bu uğurları qəbul etməyənlərin ölkəmizə qarşı həyata keçirdikləri məkrli planlardan danışıblar. Azərbaycanın güclü Liderə, qüdrətli Orduya dayanıqlı iqtisadiyyata malik olduğu, üzv olduğu mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlığının möhkəmləndirildiyi bildirilib. Eyni zamanda, Azərbaycan ilə türk dövlətləri arasında əməkdaşlığın yeni səviyyəyə yüksəlməsində Prezident İlham Əliyevin xüsusi rolu vurğulanıb. Sonra gündəlikdəki məsələlərin müzakirəsi keçirilib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, birinci ikinci oxunuşlar zamanı sənəd barədə ətraflı məlumat verildiyini, konseptual baxımdan çıxışların edildiyini, təkliflərin səsləndirildiyini bildirib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlamentin Təbii ehtiyatlar, energetika ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Elektroenergetika haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş) məlumat verib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (üçüncü oxunuş) "Dövlət qulluğu haqqında" "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrini diqqətə çatdırıb.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "İnformasiya, informasiyalaşdırma informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin son 5 məsələsi ikinci oxunuşda olan qanun layihələridir. O, növbəti 3 məsələnin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu deyib.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov "Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul olunub.

Nurlan Həsənov "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) haqqında məlumat verib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Nurlan Həsənov Mülki Məcəllədə, Mülki Prosessual Məcəllədə, "Notariat haqqında", "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" "Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini təqdim edib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İclasda Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində, "Polis haqqında", "Baytarlıq haqqında" "Atçılıq haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Layihə adıçəkilən qanunların "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun tələbləri nəzər alınmaqla, təkmilləşdirilməsi, onların müddəalarının qanunvericilik texnikasının parametrlərinə uyğunluğunun təmin edilməsi məqsədilə hazırlanıb.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev sənəd barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini səsləndirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin iclası başa çatıb.

M.MUSTAFAYEV,

Respublika”.