Milli Məclisdə Brüssel görüşü ilə bağlı məsələ qaldırılıb - YENİLƏNİB
Gündəm

Milli Məclisdə Brüssel görüşü ilə bağlı məsələ qaldırılıb - YENİLƏNİB

Azərbaycan parlamentinin bugünkü iclasında Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyaye arasında üçtərəfli görüşlə bağlı məsələ qaldırılıb.

"Bu gün Cənubi Qafqazda sülh heç vaxt olmadığı qədər yaxındır. Bu baxımdan sülhə qarşı atılacaq bütün addımların məsuliyyəti ABŞ-nin üzərinə düşür".

"Respublika" xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək bu gün Brüsseldə keçiriləcək üçtərəfli görüş barədə məlumat vermələri yüksək qiymətləndirilməlidir: "Bu, Prezident İlham Əliyevin dünyadakı nüfuzundan xəbər verir.
ABŞ və Avropa İttifaqı rəsmiləri bildirib ki, bu görüşdə sadəcə iqtisadi məsələlər müzakirə ediləcək. Lakin gedişat onu göstərir ki, burada Azərbaycanın rəyi nəzərə alınmadan bəzi məsələlərin müzakirəsi gündəmə gələ bilər".

Qeyd edək ki, bu gün Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyaye arasında üçtərəfli görüş keçiriləcək.