Mina terroru qurbanlarının ailələri beynəlxalq ictimaiyyətə müraciət ediblər
Digər xəbərlər

Mina terroru qurbanlarının ailələri beynəlxalq ictimaiyyətə müraciət ediblər

"Minaların Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi Horadiz şəhərində "Minalardan Azad Cənubi Qafqaz" regional kampaniyası çərçivəsində "Minalarla çirklənmə bunun azərbaycanlı məcburi köçkünlərin öz doğma şəhər kəndlərinə qayıtmasına təsiri" mövzusunda görüş keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə ANAMA-nın, Ombudsman Aparatının, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Füzuli Rayon İcra Hakimiyyəti başçısı aparatının, bu cür hadisələrlə üzləşən icmaların, o cümlədən Alxanlı, Şükürbəyli, Horadiz, Qazaxlar, Əhmədalılar kəndlərinın ərazi icra nümayəndələri, mina qurbanlarının yaxınları KİV nümayəndələri iştirak ediblər.

Tədbirin əsas məqsədi məcburi köçkünlərin geri qayıtması onların rifahı ilə bağlı prosesdə mina təhlükəsinin yaratdığı çağırışları mina terrorunun ağır nəticələri barədə hesabatın hazırlanması beynəlxalq təşkilatlara təqdim edilməsi olub.

Görüşdə təqdimatlar olunub. Bildirilib ki, Azərbaycan ərazilərinin minalarla PHS ilə çirklənmə səviyyəsinə görə dünyada ilk yerlərdən birini tutur. Azərbaycanda mina qurbanlarının sayının davamlı artması da mina problemlərinin çox ciddi olduğunu təsdiqləyir. Füzuli rayonunun 1994- ildə işğaldan azad edilən Alxanlı, Şükürbəyli, Horadiz, Qazaxlar, Əhmədalılar kəndlərinin əraziləri təmizlənsə , hələ həmin kəndlərin sakinləri psixoloji gərginlik səbəbindən bu ərazilərdən tam səmərəli istifadə edə bilmirlər.

Tədbirdə iştirak edən mina terroru qurbanlarının ailələri adından həm Azərbaycan, həm beynəlxalq ictimaiyyətə müraciət səsləndirilib. Qeyd olunub ki, beynəlxalq ictimaiyyət Azərbaycandakı mina problemlərinə ciddi yanaşmalı bu problemin tez zamanda həll olunması üçün Azərbaycana dəstək verilməlidir.

Görüş "LINKS Europe" ilə birlikdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin Böyük Britaniyanın Bakıdakı səfirliyinin dəstəyi ilə təşkil olunub.