Nazir: Ağdamda yenidənqurma işləri sürətlə davam edir
Siyasət

Nazir: Ağdamda yenidənqurma işləri sürətlə davam edir

"Bu gün gözəl Ağdamımızda Diplomatik Nümayəndəliklərin Rəhbərlərinin Konfransı çərçivəsində keçirilən "Ağdamın Dirçəlişi" konfransında böyük məmnunluq və qürur hissi ilə çıxış etdim".

"Respublika" xəbər verir ki, bunu Xarici İşlər Naziri Ceyhun Bayramov öz şəxsi Tvitter hesabında paylaşıb.

Nazir həmçinin qeyd edib: "Məcburi köçkünlərimizin ləyaqətlə qayıtması üçün Qarabağda, Ağdamda görünməmiş yenidənqurma işləri sürətlə davam etdirilir".

Töhfə SƏMƏDOVA,

"Respublika".