Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şəki şəhərində Şəki və Qax rayonlarının sakinlərini qəbul edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, qəbul zamanı vətəndaşlar aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına cəlb edilmə, ünvanlı sosial yardım, mənzil və avtomobillə təminat, əlillik, reabilitasiya və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. Qəbulda ikinci "Yüksəliş" müsabiqəsinin qalibləri Fərrux Məhərrəmli və Nərgiz Balakişiyeva da iştirak edib.
Mustafa KAMAL,
"Respublika".