Oktyabrın 27-də Azərbaycanda COVID-19 əleyhinə 863 doza vaksin vurulub
Səhiyyə

Oktyabrın 27-də Azərbaycanda COVID-19 əleyhinə 863 doza vaksin vurulub

Oktyabrın 27-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 863 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 318, ikinci doza vaksinlərin sayı 171, üç və daha çox doza vaksinlərin sayı 313, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 61-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 909 min 465, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 389 min 584, ikinci mərhələ üzrə 4 milyon 871 min 115, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 385 min 875, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 262 min 891-dir.

AZƏRTAC