Oktyabrın 29-da Azərbaycanda COVID-19 əleyhinə 555 doza vaksin vurulub
Səhiyyə

Oktyabrın 29-da Azərbaycanda COVID-19 əleyhinə 555 doza vaksin vurulub

Oktyabrın 29-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 555 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 144, ikinci doza vaksinlərin sayı 122, üç və daha çox doza vaksinlərin sayı 246, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 43-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 910 min 603, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 389 min 900, ikinci mərhələ üzrə 4 milyon 871 min 313, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 386 min 409, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 262 min 981-dir.

AZƏRTAC