Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Sosial həyat

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanını ziyarət edib

"Respublika" xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın kollektivi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Ölkəmizin azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları önünə tər güllər düzülüb.