Paşinyan Azərbaycanla danışıqlara hazır olduğunu bildirib
Siyasət

Paşinyan Azərbaycanla danışıqlara hazır olduğunu bildirib

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki mövcud gərginliyi aradan qaldırmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparmağa hazır olduğunu deyib. 

"Respublika" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. 

Bildirilib ki, Paşinyan bunu Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı söyləyib. Paşinyan həmçinin Praqa və Brüssel görüşlərində əldə olunmuş razılaşmalara sadiqliyini bəyan edib. Ermənistan baş naziri məsələləri diplomatik vasitələrlə həll etməyə hazır olduğunu da qeyd edib.

Fransa Prezidenti Emmanuel Makron da şərti sərhəddə gərginliyin azaldılmasının zəruriliyini diqqətə çatdırıb, regionda sülh və sabitliyin bərqərar olması üçün bütün səyləri dəstəkləməyə hazır olduğunu bildirib.

Nəzrin ELDARQIZI,

"Respublika".