Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr yaranıb
Gündəm

Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr yaranıb

Bu gün səhər pik saatlarında paytaxtın küçə və prospektlərdə olan sıxlıqla əlaqədar marşrut xətlərinin intervalında gecikmələr yaranıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Respublika"ya bildirilib ki, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir:

1.Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-14 dəqiqə gecikmə müşahidə olunur.

2.Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 15-25 dəqiqə gecikmə var.

3.Heydər Əliyev prospekti - Şəhər istiqamətində (Bağirov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə müşahidə olunur.

4.Binəqədi şosesi – Şəhər istiqamətində sıxlıq müşahidə edilir. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-18 dəqiqə gecikmə qeydə alınır.

5.Zabrat şosesi – Şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-15 dəqiqə gecikmə müşahidə olunur.

6.Babək prospekti – Şəhər istiqamətində. Bu səbəbdən də həmin ərazidən keçən 30, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-14 dəqiqə gecikmə var.

7.8 Noyabr prospekti – Şəhər istiqamətində istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən həmin ərazidən keçən 21, 32, 46, 175 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 9-12 dəqiqə gecikmə müşahidə olunur.