Polad Həşimova məxsus materiallar Tarix Muzeyinə təqdim olunub
Digər xəbərlər

Polad Həşimova məxsus materiallar Tarix Muzeyinə təqdim olunub

Tovuz döyüşlərindən artıq üç il ötür. Həmin döyüşlərdə şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova məxsus materiallar Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub.

Muzeyin yaydığı məlumata əsasən "Resublika" bildirir ki, həmin materiallar arasında Polad Həşimovun hərbi kəməri, üzərində “Azərbaycan Ordusu 100 il” yazılmış qələmi, əlyazmaları və ona məxsus digər əşyalar yer alıb.