Polşanın Krakov şəhərində III Avropa Oyunlarının təntənəli açılış mərasimi
İdman

Polşanın Krakov şəhərində III Avropa Oyunlarının təntənəli açılış mərasimi

22 iyun GİN-dən verilən məlumatda bildirilir ki, açılış mərasimində Avropa Olimpiya komitələri, təşkilatçı ölkə Polşanın rəhbər şəxsləri, həmçinin digər ölkələrdən olan qonaqlar, o cümlədən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və ölkəmizin Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri Nərgiz Qurbanova da iştirak ediblər.

Açılışda idmançıların paradı da olub. Paradda Azərbaycan bayrağını qılıncoynadan Barat Quliyev və oxatan Yaylagül Ramazanova daşıyıblar.

Azərbaycan idmançıları üçüncü Avropa Oyunları zamanı Polşanın 5 müxtəlif şəhərində mübarizə aparacaqlar. Rəsmi keçidə yalnız Krakovdakı yarışlarda iştirak edəcək idmançılar qatılıblar.

“Respublika”.